Birinci sinfə qəbulla bağlı SMS məlumat sistemi işə salındı - BAKIDA

26 Fevral 2018 16:57 (UTC+04:00)

"Softline Azerbaijan" şirkəti Bakıda uşaqların birinci sinfə qəbul olunması barədə elektron müraciət göndərmiş vətəndaşların məlumatlandırılması sistemini işə salıb.

Movqe.az xəbər verir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Bir müddət əvvəl şirkət Bakı Təhsil İdarəsinin bu sistemlə bağlı elan etdiyi tenderin qalibi olub. Fevralın 15-də "Softline Azerbaijan" şirkəti ilə 18 min manatdan çox məbləğdə müqavilə imzalanıb.

Qeyd edək ki, elektron müraciətlərin qeydiyyatı "mektebeqebul.edu.az" saytı vasitəsilə aparılıb. Qeydiyyat sentyabrın 15-dək davam edəcək.