Aydın Mirzəzadə: "İsa Qəmbər və bəzi radikal müxalifət liderləri artıq qan anonsu verirlər"
29 Mart 2013 15:01 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Aydın Mirzəzadə Müsavat Partiyasının
başqanı İsa Qəmbərin müsahibəsinə
facebook sosial şəbəkəsindəki profilində cavab verib. Millət vəkili
qeyd edib ki, İsa Qəmbər və bəzi radikal müxalifət liderləri artıq
qan anonsu verirlər: " Radikal müxalifətin cinahlarından biri olan
Müsavat Partiyasının başqanı İsa Qəmbər AzNews.az saytının
suallarını cavablandırarkən, Azərbaycanda qarşıdan gələn prezident
seçkilərində və seçkilər ərəfəsində ölkədə qan tökülə biləcəyinə
işarə vurmub və özünün bundan çəkindiyini bildirib.Hesab edirəm ki,
müxalifət liderlərindən biri hakimiyyəti sadəcə olaraq,
provokasiyaya çəkir. Yəni, radikal müxalifət nümayəndəsi öz
açıqlaması ilə indidən qan tökülə biləcəyi anonsunu verir. Mövcud
hakimiyyət hər zaman stabilliyin qorunmasında, vətəndaş
hüquqlarının təmin edilməsində, Azərbaycanın durmadan inkişafında
maraqlıdır və öz fəaliyyəti ilə buna çalışır. Eyni zamanda,
hakimiyyət demokratik seçkilər öhdəliyini üzərinə götürüb və hər
zaman olduğu kimi, bundan sonra da bu öhdəliyini yerinə yetirməyə,
məsuliyyətini doğrultmağa çalışacaq. Ancaq göz qarşısındadır ki,
bəzi radikal müxalifət liderləri artıq qan anonsu verirlər. Bu, çox
təhlükəli bir çağırışdır... Yeri gəlmişkən, bir neçə gün öncə həmin
şəxs bir qrup gənclə görüşündə onları küçələrə çıxmağa, meydanlara
axışmağa və zorakılığa çağırdı. Ancaq o həmin gəncləri seçki
məntəqələrinə getməyə, normal təbliğatlarını qurmağa, öz
hüquqlarından qanun çərçivəsində yararlanmağa çağırmadı. Bu
baxımdan, onun indiki çağırışı da çox təhlükəli, zərərli bir
çağırışdır və bu çağırış cəmiyyətin ciddi narazılığına səbəb
olmalıdır. Bununla belə, hesab etmirəm ki, belə çağırışlarla onlar
öz istəklərinə, qanundankənar məqsədlərinə nail ola bilərlər və ya
nail olsunlar. Bu, mümkün deyildir və alınmayacaq. Azərbaycan
dövləti, iqtidarı bu gün öz səahiyyətləri çərçivəsində qanunların
oqurnması və ölkədə sabitliyin qorunmasına çalışırlar və müvafiq
addımlarını atacaqlar. Kimlərinsə istəyindən asılı olmayaraq,
növbəti seçkilərin də Azərbaycan qanunvericiliyinə, beynəlxalq
standartlara cavab verə biləcək bir səviyyədə baş tutmasına
çalışacaq və buna da nail olacayıq. Sabitliyi pozmaq və zorakılıq
yaratmaq istəklərinin isə qarşısı həmişə alınacaqdır.