"Atam əsəbləşir, çəkməyin"

29 Mart 2013 15:16 (UTC+04:00)

Türkiyənin sevilən müğənnisi Mahsun Kırmızıgülün kiçik oğlu Mahmud Kırmızıgül ötən gecə sevgilisi və dostlarıyla kameralara çəkilib. Movqe.Az-ın məlumatına görə, məkana atasının avtomobili ilə gələn Kırmızıgül, müxbirləri görən zaman narahat olub. Ofisiantlardan birinə, "Müxbirlərə söyləyin atam əsəbləşir, məni çəkməsinlər. Yoxsa avtomobili burada buraxacağam." deyən Kırmızıgül, məkandan taksiylə ayrılıb.