Həkim xəstəxanada yer olmadığı üçün xəstələrini öldürdü
29 Mart 2013 16:10 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Braziliyada yaşayan
bir həkim, xəstəxanada
yataq sayının az
olması səbəbiylə 300-ə
yaxın xəstəsini öldürməkdə
günahlandırılır.
Braziliya,
Kuritibanın "Evangelico"
Xəstəxanasında işləyən
Vircinia Soares de
Souza adlı qatı cinayətkar
olanhəkimdən danışır. 56 yaşlı ötən
ay nəzarətə alınmışdı.
"Ölüm mələyi" ləqəbi verilən
həkim, yeddi xəstəsini
ifrat dozda dərman
verərək və həyat
dəstək cihazındakı oksigeni
azaldaraq öldürməklə
günahlandırılmışdı. Braziliya
sağlamlıq nazirliyi ötən gün
etdiyi şərhdə həkimin
300-ə yaxın xəstəsini
öldürmüş ola biləcəyini
açıqlayıb. İstintaqı icra
edən Mario Lobato,
"Son yeddi
ildə De Souzanın
maraqlandığı xəstələrin
ölümünü araşdırırıq. De
Souza, xəstəxanada boş
yataq açmaq üçün
xəstələrin nə vaxt
öləcəyinə qərar verərək
"Allah rolunu oynadı" deyib.
Əgər ittihamlar təsdiqlənsə
De Souza, dünyanın
ən qəddar qatı cinayətkarı
ola bilər. 2000-ci
ildə də İngilis həkim
Harold Şipmanın 25
ildə ən az 215
xəstəsini öldürdüyü ortaya
çıxmışdı.