Rianna zövqünü bir daha göstərdi - FOTO

1 Mart 2018 21:02 (UTC+04:00)

Əslən Barbadosdan olan amerikalı müğənni Rianna stil və zövqün nə olduğunu bilən sənətçilərdən biridir.

Movqe.az TMZ-yə istinadən bildirir ki, o, Gucci brendinin yeni kolleksiyasından olan geyimdə və aksessuarlarda çəkdirdiyi fotonu İnstagram-dakı profilində paylaşıb.

30 yaşlı müğənni 2014-cü ildə " Lifetime Style Award" mükafatına yiyələnmişdi.

 

Puma ilə əməkdaşlıq edən Rianna həm də Fenty brendinin sahibəsidir.