Tənbəllər üçün eynək

29 Mart 2013 18:23 (UTC+04:00)
Tənbəllər üçün istehsal olunan eynəklə başınızı qaldırmadan televizor izləyə bilərsiniz. Movqe.Az-ın məlumatına görə, dünyanın öndə gələn texnologiya məhsullarını icad etmələri ilə tanınan yaponlar, bu dəfə tənbəl insanlar üçün hərəkətə keçiblər. Tənbəl insanlar üçün istehsal olunan eynək sayəsində yatdığınız yerdə başınızı qaldırmadan televizor izləyə  və yaxu kitab oxuya biləcəksiniz. Yaponiyada fəaliyyət göstərən bir internetdən alış-veriş saytı, bu maraqlı məhsulu satışa təqdim edib."Gorodoey2" adlı məhsulla kitab da oxumaq mümkündür. Bülə ki, eynəyə yerləşdirilmiş şüşələr sayəsində bunun mümkün olduğu qeyd edilib. 85 qram ağırlığında olan eynəklər, normal eynək üzərinə də yerləşşdirilə bilir. Məhsulun qiyməti isə 21 dollardır.