İspaniya vətəndaşı olmaq üçün...

29 Mart 2013 17:05 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İspaniya hökumətinin, vətəndaşlıq almaq üçün müraciət edən əcnəbilərə aid yeni bir dil inteqrasiya testi hazırlığında olduğu bildirilib. Avropa Mətbuat Agentliyinin əldə etdiyi sənədə görə, hər il təxminən 100 min nəfərin müraciət etdiyi İspan vətəndaşlığı, kafi dərəcədə İspan dili biliyinə "İspan cəmiyyətinə inteqrasiya" ilə bağlı olaraq veriləcək. Anadangəlmə İspan olmayanların vətəndaşlığı, "ictimai qayda milli təhlükəsizlik" səbəbləriylə yaxud öz istəyi ilə xarici ölkədə hərbi və ya siyasi vəzifədə olması təqdirdə ləğv edilə biləcək. Öz razılığıyla vətəndaşlıqdan çıxmağa qeyri-qanuni üsullarla əldə edilən vətəndaşlıqların təxirə salınmasıyla bağlı tətbiqlər isə davam edəcək. Sözügedən sənəddə verilən başqa yenilik isə Krala sədaqət Konstitusiyaya bağlılıq andlarının notarius qarşısında edlməsi olacaq.