İrandan Qatara etiraz

29 Mart 2013 19:49 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Qatar rəhbərliyinin Dohada olan Suriya səfirliyinin Suriyalı müxaliflərə verilməsini qiymətləndirən İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan, edilən hərəkəti "düşüncəsiz və saxta" olduğunu söyləyib. Qatar hökumətindən, Suriyada qan tökülməsini şiddetlendirəcək hərəkətlərdən yayınmasını istəyən Abdullahiyan, "Suriyanın müqavimətli ağıllı xalqı, başqalarının taleləri haqqında qərar verməsinə icazə verməyəcək" deyə bildirib. İranın Suriyaya olan dəstəyini təkrarlayan Abdullahiyan, Suriya böhranının həlli üçün ən uyğun yolun tərəflər arasındakı milli dialoq olduğunu qeyd edib. Dohadakı Suriya səfirliyi,ötən gün edilən mərasimlə ölkədəki müxaliflərə təslim edilmişdi.