Romada “Xocalıya ədalət” kampaniyasının təqdimatı keçirilib

31 Mart 2013 18:13 (UTC+04:00)
İslam Konfransı Gənclər Forumunun katibliyindən APA-ya verilən məlumata görə, Romada "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin (ASAIF) forumu çərçivəsində "Xocalıya ədalət" beynəlxalq informasiya kampaniyasının təqdimatı keçirilib.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Layihələr Departamentinin rəhbəri Sevinc İskəndərova "Xocalıya ədalət" kampaniyası barədə məlumat verib, görülən işlərdən və nəticələrdən danışıb.

Qeyd edək ki, "Xocalıya ədalət" beynəlxalq informasiya kampaniyası Leyla Əliyeva tərəfindən irəli sürülüb, dünyanın 35-dən çox ölkəsində faciənin mənəvi və hüquqi-siyasi tanınmasına yönəlmiş iş aparıb.