Bakıdakı dəniz limanında faciə baş verib

1 Aprel 2013 11:32 (UTC+04:00)

Bakı şəhərinin Xətai rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Movqe.az-a verilən məlumata görə, Xəzər Dəniz Gəmiçiliyinin Zığ qəsəbəsində yerləşən quru yük daşıma limanının 3 saylı körpüsündə orada işləyən Məcidov Həmid Dilsuz oğlu yıxılıb.

Kranda təmir işləri apararkən çilingər H.Məcidov yüksəklikdən yıxılıb. Ağır xəsarətlər aparan işçi xəstəxanada dünyasını dəyişib.

Faktla əlaqədar araşdırmalar aparılır.