Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinin birinci turunda Karyakina qalib gəlib

10 Mart 2018 22:56 (UTC+04:00)

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinin birinci turu çərçivəsində rusiyalı Sergey Karyakina qalib gəlib.

Movqe.az-ın məlumatına görə, turnir Berlində "Külxaus" sərgi mərkəzinin binasında keçirilir. Turnirin mukafat fondu 420 min avro təşkil edir.

 

Turnir martın 27-ə kimi davam edəcək. İştirakçıların göstəriciləri eyni olduqda, martın 28-də tay-brek keçiriləcək.