NATO missiyası Azərbaycana gələcək

1 Aprel 2013 11:37 (UTC+04:00)

Azərbaycanın Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat planı (İPAP) və Planlaşdırma və Analiz Prosesi çərçivəsində həyata keçirdiyi işlər NATO tərəfindən qiymətləndiriləcək. Bu barədə Movqe. az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Bu məqsədlə NATO ekspertlərindən ibarət missiya aprelin 8-dən 12-dək Bakıda səfərdə olacaq.

 

Qeyd edək ki, Azərbaycan İPAP-a 2005-ci ildə, PAP-a 1997-ci ildə qoşulub. Hər il, Azərbaycan və NATO ekspertləri tərəfindən İPAP və PAP üzrə qiymətləndirmələr keçirilir. PAP çərçivəsində Azərbaycanın qəbul etdiyi 44 Tərəfdaşlıq Məqsədlərindən 31-i (Ümumi-18, Quru Qoşunları-7, Hərbi Dəniz Qüvvələri-2 və Hərbi Hava Qüvvələri-4) Silahlı Qüvvələrə aiddir.