Arda Turan evləndi

12 Mart 2018 11:45 (UTC+04:00)

Türk futbolçu Arda Turan nişanlısı Aslıhan Doğanla münasibətləri rəsmiləşdirib.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, "Medipol Başakşehir"də forma geyinən ulduz futbolçunun toyunda şahidliyi Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan edib. 

Futbolçu sosial şəbəkə hesablarında paylaşım edərək evliliyini açıqlayıb: "Bizim üçün dua edən və təbrik edən hər kəsə təşəkkür edirik".