ABŞ Cənubi Koreyanın təlimlərində hərbi iştirakını gücləndirib

1 Aprel 2013 12:48 (UTC+04:00)

Rusiya xəbər xidmətinin məlumatına görə, F-22 Raptor və bombardmançıların, quru qoşunların, ABŞ Hava və Hərbi Dəniz qüvvələrinin  iştirakı ilə Cənubi Koreyada keçirilən təlimlərin aprel ayının 30-na qədər uzadılması planlaşdırılır.

Amerika komandanlığının bəyanatına görə, Şimali Koreyanın hədə və təxribatları, ancaq, onun təcrid olunmasının sürətlənməsinə və regionda sülhyaratma səylərinin məhvinə gətirib çıxaracaq. 


Qeyd edək ki, büdcə kəsirlərinin olmasına baxmayaraq aparılan təlim, Şimali Koreyanın təcavüzünün qarşısının alınması və Cənubi Koreyanın müdafiəsinin təmin edilməsi məqsədilə keçirilir. 


Xatırladaq ki, Şimali Koreya mətbuatı  çərşənbə axşamı  belə bir məlumat vermişdi ki, KXDR öz raket-artilleriya qüvvələrini tam hazır hala gətirib və  əgər ABŞ tərəfindən təxribat olarsa, onun Quam və Havay adalarındakı hərbi bazalarına hərbi təcavüz olunacaq.


Qeyd edək ki,  Cənubi Koreyanın ABŞ-la birgə keçirdiyi hərbi təlimlərdən narazı qalan KXDR-ə görə, Pxenyan və Seul arasında 60 il bundan əvvəl imzalanan sülhə xitam verilib.