MTRŞ telekanallara xəbərdarlıq etdi

1 Aprel 2013 14:45 (UTC+04:00)
Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanallara xəbərdarlıq edib. MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədovun Movqe.az-a verdiyi məlumata görə, Inzibati Hüquq Pozuntusu hallarına yol verən telekanallara tövsiyyələr göndərilib: "Telekanallarda yayımlanan seriallarda gizli reklamlarla bağlı telekanallara tövsiyyələrimizi göndərmişik. Teleseriallarda müxtəlif tipli şadlıq evləri və restoranların görüntüləri yayımlanır. Və həmin görüntülərdə açıq-aşkar həmin restoranın adı göstərilir. Bundan başqa zərərli vərdişlər də bəzi seriallarda təbliğ olunur. Sükan arxasında əyləşən şəxsin təhlükəsizlik kəməri taxmadığı, qırmızı işıqda keçməsi, sükan arxasında mobil telefonla danışması kimi zərərli vərdişlər təbliğ olunur. Həmçinin siqaretlərin gizli reklamı aparılır. Biz öz tövsiyyələrimizdə bildirmişik ki, bu cür halların qarşısı alınmalıdır. Siqaretin adının görünməməsi üçün texniki vasitə ilə onun adı nəzərəçarpmayacaq qədər məhdudlaşdırılmalıdır".
T. Məmmədov tövsiyyələrə əməl etməyən telekanalların növbəti lisenziya müddəti uzadılarkən bu tövsiyyələrə əməl edib-etmədiklərinə nəzərə alınacaq.