Bayılda sakinlərə kompensasiyanın veriləcəyi tarix açıqlandı - RƏSMİ

13 Mart 2018 11:49 (UTC+04:00)

"Bayıl sürüşmə sahəsində evləri dağılan, qəzalı vəziyyətə düşən sakinlərə kompensasiya verilməsinə baxılır. Sakinlər kompensasiyanın məbləğindən narazıdırlar. Bu məsələ müsbət həllini bu həftənin sonuna kimi tapmalıdır".
Movqe.az-ın xəbərinə görə, bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov sürüşmə sahəsində yaşayan sakinlərlə görüşdə deyib. E. Əzizov qeyd edib ki, qəzalı vəziyyətə düşən 6 mənzilə veriləcək kompensasiyanın məbləği müəyyənləşib: "Kompensasiyanın məbləğinin artırılması məsələsinə baxılacaq. Mənzilləri təhlükəli ərazidə yerləşməyən sakinlərin öz evlərində yaşamalarına imkan verilə bilər. Bütün məsələlərə baxılacaq. Bunlar hamısı alim və mütəxəssislərin rəyindən asılı olacaq".