Bakıda 10 yaşlı oğlan faciəvi şəkildə öldü

13 Mart 2018 12:58 (UTC+04:00)

Bakıda ağır yol qəzası baş verib. Movqe.az xəbər verir ki, Xəzər rayonu ərazisində - Zağulba şosesində "Kia" markalı, 90 SC 929 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçməyə çalışan 10 yaşlı oğlanı vurub. Ağır xəsarət alan uşaq hadisə yerində ölüb.
 
Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.