DSMF sədri bir sıra rayonlarda sakinləri qəbul edəcək
1 Aprel 2013 15:57 (UTC+04:00)
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Xaçmaz, Quba,
Qusar, Şabran, Siyəzən, Abşeron, Xızı rayonlarının və Sumqayıt
şəhəri sakinləri üçün qəbul keçirəcək.
Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorunun
məlumatına görə, Səlim Müslümov 10 aprel 2013-cü il tarixdə, saat
11.00-da DSMF-nin Xaçmaz rayon şöbəsinin inzibati binasında Xaçmaz,
Quba, Qusar, Şabran, Siyəzən rayonlarının, 11 aprel 2013-cü il
tarixdə, saat 10.00-da DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati
binasında Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinləri
üçün qəbul keçirəcəkdir. Qəbula yazılmaq istəyən vətəndaşların
"info @ sspf.gov.az " elektron poçt ünvanı, 190 saylı "Qaynar
xətt", 172-5-05-25 nömrəli telefon vasitəsilə DSMF-nin Xaçmaz rayon
şöbəsinə və 018-652-02-94, 018-652-01-98 nömrəli telefonlar
vasitəsilə DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmələri xahiş
olunur. DSMF sədrinin qəbuluna ətraf rayonlardan gələcək
vətəndaşlar həmin gün səhər saat 09.00-da müvafiq rayon
şöbələrindən yola düşəcək nəqliyyatla təmin ediləcəkdir.