Qəzzada Fələstinin baş nazirinin korteji yaxınlığında partlayış olub, yaralılar var

13 Mart 2018 18:30 (UTC+04:00)

Qəzzada Fələstinin baş naziri Rami Həmdəllanın korteji yaxınlığında partlayıcı qurğu işə salınıb. 

"Report" "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, partlayış zamanı 7 nəfər yaralanıb. 
Məlumata görə, baş nazirin özü xəsarət almayıb.
Əldəqayırma partlayıcı qurğu Rami Həmdəllanın konvoyu keçərkən partlayıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.