Yazıçı Anar "Prezidentin fəxri diplomu" ilə təltif edilib

13 Mart 2018 22:00 (UTC+04:00)

Prezident İlham Əliyev Anar Rəsul oğlu Rzayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Movqe.az-ın məlumatına görə, Anar Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.