Tramp Tillersonu işdən çıxardı

13 Mart 2018 17:01 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifədən azad edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Vaşinqton Post" yayıb.

Tillersonun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Mayk Pompeo gətirilib.