Nalbandyan Danimarkaya gedir

14 Mart 2018 11:12 (UTC+04:00)

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün Danimarkaya səfər edəcək.
Movqe.az AzVision.az-a istinadən xəbər verir ki, səfər Danimarkanın xarici işlər naziri Anders Samuelsenin dəvəti əsasında baş tutacaq.

Nalbandyanın Danimarkada qanunvericilik və icra hakimiyyəti orqanlarının nümayəndələri ilə görüşlər keçirəcəyi bildirilir.