Harri Keyn dünya çempionatında oynaya biləcək?

14 Mart 2018 14:06 (UTC+04:00)

"Tottenham" və İngiltərə millisinin hücumçusu Harri Keyn Premyer Liqanın 30-cu turunda "Bournemouth"la oyunda (4:1) zədələnmişdi. Movqe.az goal.az-a istinadən xəbər verir ki, topuq bağlarında problem aşkarlanan forvard mayın əvvəlinə qədər meydana çıxa bilməyəcək. Keyn son 1 il 6 ayda 3-cü dəfə oxşar zədə ilə üzləşib. Onun 28 apreldə "Watford"la oyuna qədər hazır olması gözlənilir. Bərpa müddəti haqqında dəqiq məlumat yaxın vaxtlarda keçiriləcək tibbi müayinədən sonra məlum olacaq.