Bakıda mənzildən kişi meyiti tapıldı

14 Mart 2018 17:24 (UTC+04:00)

Bakıda mənzildən 49 yaşlı kişi meyiti tapılıb.

Movqe.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və orada aşkarlanan 1969-cu il təvəllüdlü Qəzvinli Elşad Nadir oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​