"BlackBerry" 3 milyon istifadəçisini itirib
1 Aprel 2013 16:37 (UTC+04:00)
Movqe.az xəbər verir ki,
"Blackberry" yanvar ayının
sonunda tanıtdığı yeni
smart telefonu "Z10"un
satış rəqəminin 1
milyona çatdığını açıqlayıb.
Gözləniləndən daha yaxşı
satış rəqəmləri əldə edən
şirkət, ilk
yarımil 98 milyon
dollar qazanc əldə edib.
Digər tərəfdən şirkətin
2012-ci ildə 3 milyon
istifadəçisini itirdiyi də
bildirilib. Apple və
Android smart telefonlarına
nisbətən geridə qalan
"BlackBerry"in "Z10"u,
şirkətin gələcəyi baxımından
böyük əhəmiyyət daşıyırdı.
Z10 İngiltərə,
Kanada və digər
bazarlarda təxminən bir
ay əvvəl satışa çıxarılıb.
Şirkətin mərkəzi əsası
ABŞ-da isə bir
həftə əvvəl bazara
çıxıb. 1 milyona əldə
edən rəqəmdə ABŞ
satışları tapılmayıb. Digər
yandan "BlackBerry"in 2012-ci
ildə təxminən 3
milyon istifadəçisini
itirdiyi bildirilib. Bu gün
76 milyon insan
tərəfindən istifadə edilən
Blackberry telefonları 2012-ci
ildə 79 milyon şəxs
tərəfindən istifadə olunurdu.