Bakıda kafe işçiləri dava zamanı müştərini bıçaqlayıblar

15 Mart 2018 16:38 (UTC+04:00)

Bakının Nizami rayonunda kafedə dava zamanı orta yaşlı kişi bıçaqlanıb. “Report” xəbər verir ki, 8-ci kilometr qəsəbəsində yerləşən kafedə müştəri qismində əyləşən 1986-ci il təvəllüdlü Həmidov Elçin Lütfəli oğlu müəssisə əməkdaşları ilə dava edib və nəticədə bıçaqla vurulub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.