Geyinmək cəsarət, gəzmək məharət istəyir
1 Aprel 2013 17:01 (UTC+04:00)
ABŞ-ın Nyu York şəhərindəki Moda Texnologiya İnstitutu (FIT)
Muzeyində sərgilənən, dünya tərəfindən məşhur stilistlərin
işlərindən yığılan ayaqqabı kolleksiyası cəsarət tələb edir.
Movqe.Az-ın məlumatına görə, kuratorluğunu
FIT Muzey direktoru Valerie Stilin, Kolleen Hill və Fred Dennis ilə
etdiyi sərgi, ayaqqabının yalnız ehtiyac deyil, sənətin də bir
parçası olduğu tezisini müdafiə edir. Dünyanın ən tanınmış moda
evleri və dizaynerlərinin xüsusi kolleksiyalarında 150 əsərin
iştirak etdiyi sərgidə, dizaynını Ledi Qaqanın etdiyi Noritaka
Tatehana imzalı "Lady Pointe" adlı ayaqqabı da iştirak edir. "Lady
Pointe", 45 santimetr hündürlüyü ilə diqqəti çəkir. Sərgidə, Masaya
Kuşinonun bağ işləməli ağ dəridən çıxardığı, taxta döşəməsi və
insan saçından edilmiş quyruğu olan "Rüzgar Atı" adlı əsəri
görənləri çaşdırır. Lyan Banın kolleksiyasından "Channel" marka
tapança dikdaban və "Prada" marka alov dizaynlı ayaqqabılar
ziyarətçilərin sıx marağına səbəb olub. "Balerin" adlı Kristian
Louboutin imzalı ayaqqabı təxminən 25 santimetr uzunluğundakı
topuğu və qırmızı dabanı ilə çox bəyənilib. Sərgilənən əsərlər
arasında Andreia Çavesin ayna səhifəsindəki "Görünməz" adlı
ayaqqabısının da olduğu kolleksiyada, şüşə, sümük, alüminium, tel,
kağız və plastikdən hazırlanmış parçalar da var. Ayaqqabıların
kvadrat şəkildəki 18 şüşə sütunun içərisində sərgiləndiyi muzeydə
foto və video çəkilişinə icazə verilmir. Hər il təxminən 100 min
ziyarətçinin gəzdiyi muzeyə giriş pulsuzdur.