Bakı sakini özünü öldürdü

15 Mart 2018 15:48 (UTC+04:00)

Bakıda intihar hadisəsi baş verib. Movqe.az xəbər verir ki, Yasamal rayon sakini, 1957-ci il təvəllüdlü Həsənov Pircan Nurməmməd oğlu sirkə turşusu içərək özünü zəhərləyib. Xəstəxanaya yerləşdirilən 61 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.