Bu da qoxu duyğusuna malik ekran!

1 Aprel 2013 13:47 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Google"ın bu gün istifadəçilərə 1 aprel zarafatı olaraq etdiyi ekrandan qoxu almağı təmin edən Google Burun tətbiqi real olub. Yapon elm adamlarının təkmilləşdirdiyi görmə eşitməylə yanaşı iyləmə duyğusuna malik ekran, ABŞ-ın Florida əyalətinə yaxın Orlando şəhərində ötən həftə təşkil edilən "IEEE Virtual Reality" adlı virtual həqiqət texnologiyası konfransında nümayiş etdirilib. Yaponiyadakı Tokyo Aqrar Texnologiya Universitetinin alimi Haruka Matsukuranın başçılıq etdiyi Yapon elm qrupu inkişaf etdirilən ekran, buxarlanma xüsusiyyəti olan gel qoxunu, hər biri ekranın bir küncündə yerləşən dörd hava kanalı vasitəsilə ətrafa yayan bir sistemdən ibarətdir. Kiçik ventilyator vasitəsilə ekranın səthinə paralel olaraq havaya buraxılan qoxu, ventilyatorun müxtəlif şiddət istiqamətlərdə yellənməsi sayəsində ekranın dərhal hər yerinə yönləndirilə bilir. Elm adamlarının çox həssas bir şəkildə quraşdırdıqları hava axını sayəsində, qoxunun həqiqətən ekranda görünən obyektdən gəldiyi təəssüratı yaradılır. Araşdırmaçılar təkmilləşdirdikləri sistemin ekranlardan göstərilən reklamların təsirinin artırılmasında istifadə edilə biləcəyini vurğulayıb.