Qubada 32 yaşlı kişi 16 yaşlı oğlanı zorlayıb

15 Mart 2018 21:00 (UTC+04:00)

Quba rayonunda 16 yaşlı oğlan zorlanıb.

“Report”un xəbərinə görə, rayonun ucqar kəndlərindən birində yaşayan F.M. hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, həmkəndlisi, 32 yaşlı Nicat Mustafayev nəvəsi, 2002-ci il təvəllüdlü T.M.-nı (şərtidir) hədələyərək onunla cinsi əlaqədə olub.
Fakt üzrə araşdırmalar davam etdirilir.