Çempionlar Liqasında 1/4 finalın püşkü atılacaq

16 Mart 2018 10:06 (UTC+04:00)

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, mərasimdə püşkü Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko çəkəcək.

Püşk nəticəsində 8 komanda 4 cütə bölünəcək. Bu komandalar aşağıdakılardır.

"Real Madrid” (İspaniya)

"Barcelona” (İspaniya)

"Sevilla” (İspaniya)

"Bayern Munchen” (Almaniya)

"Juventus” (İtaliya)

"Roma” (İtaliya)

"Liverpool” (İngiltərə)

"Manchester City” (İngiltərə)

Püşkatma zamanı komandaların səpələnmiş və ya səpələnməmiş səbətinə bölünməsi və ya eyni ölkə komandalarının bir-biri ilə düşməməsi halları olmayacaq. Yəni cütlərin tərkibi kor püşk nəticəsində müəyyənləşəcək. İlk oyunlar 3-4 aprel, cavab qarşılaşmaları isə 10-11 apreldə olacaq. İlk qarşılaşmalar adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.