Şamaxıda 4 yaşlı uşaq qaynar su ilə dolu vedrəyə düşdü

16 Mart 2018 14:37 (UTC+04:00)

Şamaxı rayonunda 4 yaşlı uşaq qaynar su ilə dolu vedrəyə düşərək yanıq xəsarətləri alıb.

Movqe.az report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Şamaxı rayon sakini, 2014-cü il təvəllüdlü Səma Ruslan qızı Usubalıyev oynayarkən qaynar su ilə dolu vedrəyə düşüb. Azyaşlı ailəsi tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə gətirilib. S.Usubalıyev həkimlərin ilkin müdaxiləsindən sonra Bakıdakı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinə göndərilib.

Xəstəxanadan verilən məlumata görə, yaralı birinci, ikinci dərəcəli termiki yanıq xəsarəti alıb və vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.