44 yaşı olduğunu deyən Serenin yalanını bu foto üzə çıxardı

16 Mart 2018 19:40 (UTC+04:00)

Son zamanlar adı qalmaqallarda hallanan müğənni-aparıcı Seren Serengilin yalanı üzə çıxıb. 

Movqe.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi indiyədək həqiqi yaşını hər kəsdən gizlədirmiş. Belə ki, Seren 1974-cü ildə anadan olduğunu desə də, əslində onun 1971-ci ildə dünyaya gəldiyi sübut olunub. 

Anadan olduğu gün aktyor atası Öztürk Serengillə qəzetlərin birində üz qabığına çıxan müğənninin yaşının 44 yox, 47 olduğu aydınlaşıb.