"Simpsonlar"ın ağır itkisi

1 Aprel 2013 18:30 (UTC+04:00)
Məşhur cizgi filmin prodüseri dünyasını dəyişib. Movqe.Az-ın məlumatına görə, "Simpsons" cizgi serialının prodüserlərindən biri olan və 2011 istehsalı film "Thor"un ssenaristlərindən olan Don Payne, 48 yaşında vəfat edib.
Sümük xərçəngi müalicəsi alan prodüser "My Super Ex-Girlfriend" və "Fantastic Four: Rise of the Silver surfer" filmlərinin də senaristi olub. Payne, Los Ancelesdə müalicə gördüyü xəstəxanada dünyasını dəyişib.