Ənvər Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək

17 Mart 2018 14:23 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Ənvər Adil oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqda sərəncam imzalayıb.Movqe.az-ın xəbərinə görə, sərəncamda Ə. Əliyevə Azərbaycanda tikinti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə fərdi təqaüd verildiyi bildirilib.

 

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.