Meşədə meymunlarla yaşayır

1 Aprel 2013 18:07 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Kolumbiyada beş il meşədə yaşadığını meymunlar tərəfindən böyüdüldüyünü iddia edən İngilis əsilli qadın "Onları izləyərək, meyvə yeyərək sağ qaldım" deyib. İngiltərədə yaşayan Marina Çapman adlı qadın, yazdığı "The Girl With No Name" (Adsız Qız) adlı romanında, 1954-cü ildə dörd yaşındaykən Kolumbiyadakı evindən qaçırıldığını beş il boyunca meymunlarla birlikdə yaşadığını söyləyib. İngilis qəzeti "Mail on Sunday" qəzetinin yayımladığı Çapmanın meymunları təqlid edərək yemək yediyini, ağacların üzərində yatdığını, meymunların həyatını xilas etdiyindən danışan hekayəsi mütəxəssislər tərəfindən "Fantaziya məhsulu deyil. İzah etdikləri doğru görünür" şərhinə səbəb olub.