Türkiyənin Danimarkadakı səfirliyinə hücum olub

19 Mart 2018 11:15 (UTC+04:00)

Türkiyənin Danimarkadakı səfirliyinə hücum olub.

Movqe.az-ın məlumatına görə, naməlum şəxslər diplomatik nümayəndəliyin binasına içində alışdırıcı qatqı olan butulkalar atıblar.

 

Kopenhagendə yerləşən binanın fasadına yüngül zərər dəyib, xəsarət alan yoxdur.

Polis araşdırma aparır.