Bakıda prezident seçkilərində KİV-in rol və vəzifələrinə həsr edilən seminar-müşavirə keçirilir

19 Mart 2018 12:25 (UTC+04:00)

Martın 19-da Bakıda Azərbaycan Respublikası Prezidenti seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirə işə başlayıb.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, seminar-müşavirə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyası, Milli Televiziya və Radio Şurası və Mətbuat Şurası tərəfindən birgə təşkil olunub.

Tədbirdə Prezident Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının, Milli Televiziya və Radio Şurasının, Mətbuat Şurasının nümayəndələri, kütləvi informasiya vasitələrinin rəhbərləri, jurnalistlər, fəal sosial şəbəkə istifadəçiləri, bloqqerlər, beynəlxalq qurumların təmsilçiləri iştirak edirlər.