Abşeronda marşrut avtobusu qadını vuraraq öldürdü

19 Mart 2018 12:38 (UTC+04:00)

Abşeronda sərnişin avtobusu qəza törədib.

Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nübar qəsəbəsində qeydə alınıb.

Aslan Mehralıyev idarə etdiyi 114 saylı xətt avtobusu ilə yolu keçən piyada, 1958-ci il təvəllüdlü Bibixanım Kərimovanı vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində keçinib.