AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti standartlara uyğundur

19 Mart 2018 15:47 (UTC+04:00)

İsveçrənin SGS şirkəti 2017-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb. Movqe.az-ın goal.az-a istinadən xəbər verir ki, bu barədə şirkətdən AFFA-ya ünvanlanmış təbrik məktubunda bildirilir. 

Məktubda qeyd olunur ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur. Lisenziyalaşdırma qrupu 2018-2019-cu il Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.
Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.