"Qarabağ" fasilədən qayıdıb

19 Mart 2018 17:11 (UTC+04:00)

Azərbaycan Premyer Liqasının XX turunda "Neftçi"ylə oyundan sonra istirahətə buraxılan "Qarabağ" bu gün klubun bazasında bir araya gəlib. Movqe.az-ın goal.az-a istinadən xəbər verir ki, futbolçular saat 11:00-da məşqə çıxaraq aprelin 1-i baş tutacaq "Keşlə"ylə oyunun hazırlığına start verib. Milli komandamızda yer alan futbolçular məşqdə iştirak etməyib. Əvəzedici heyətin bir neçə üzvü də komandayla məşqə çıxıb