"Ölkənin adı dəyişsin" təklifi

1 Aprel 2013 20:00 (UTC+04:00)
Qazaxıstanlı gənc film ulduzu Dias Azimjanov, ölkəsinin adının dəyişdirilməsi təklifi edib. Movqe.Az-ın məlumatına görə, Azimjanov, "OnlinePetition.kz" internet saytında yer verilən yazısında, Qazaxıstanın adının dəyişdirilməsinə dair fikirlərini yazıb. Dias Azimjanov ölkənin adının sonunda olan "stan" şəkilçisinin götürülərək ingiliscə "Kazakh Republic" və ya "Kazakh Orda" olaraq dəyişməsini təklif edib. Aktyor Azimjanov: "Təcrübələrimə əsaslanaraq bunu deyə bilərəm ki, qərbli dövlətlər və bir çox ölkələr bizi tez-tez Pakistan və ya Əfqanıstan ilə səhv salırlar. Dünya arenasında nə qədər müvəffəqiyyətli olsaq da, ölkəmiz haqqında reklamlar yayınlansa da bu iki dövlət ilə eyni olan "stan" əlavəsi ölkəmizin ümumi etibarını zədələyir." sözlərini işlədib.