Həsənağa Turabovun 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək

1 Aprel 2013 19:02 (UTC+04:00)

Mövqe.az-ın  Mədəniyyət və Turizm Nazirliyindən aldığı məlumata görə, aprelin 2-də saat 19:00-da Akademik Milli Dram Teatrında Azərbaycan Xalq Artisti Həsənağa Turabovun anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. 


Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən tədbirdə Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndələri çıxış edəcək, aktyorun iştirak etdiyi tamaşalardan və filmlərdən fraqmentlər göstəriləcək.