Binəqədidə liftdə köməksiz qalan 3 nəfər xilas edilib

21 Mart 2018 09:30 (UTC+04:00)

Paytaxtda liftdə köməksiz qalan 3 nəfər xilas edilib.Movqe.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etdib.