Biləsuvarda ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub

21 Mart 2018 14:00 (UTC+04:00)

Biləsuvarda ötən gecə ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub.

 

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, qəzada ağır xəsarət alan Biləsuvar rayonunun Bəydili kənd sakini, 1972-ci il təvəllüdlü, Zahid Balaqardaş oğlu Dadaşov xəstəxanada dünyasını dəyişib.

 

Qəzada 1998-ci il təvəllüdlü Tağı Musa oğlu Ağazadə və onun həmyaşıdı olan Bakı şəhər sakini,  Nurlan Elxan oğlu Novruzov yaralanıb.

 

Faktla bağlı araşdırma aparılır.