Azərbaycanda müxtəlif istiqamətli 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

22 Mart 2018 21:47 (UTC+04:00)

Peşə təhsili və təlimi sistemində nəzərdə tutulan tədbirlər üzrə 2020-ci ilədək işəgötürənlərlə tərəfdaşlıq əlaqələri çərçivəsində müxtəlif istiqamətli 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq.

Movqe.az-ın məlumatına görə, bununla əlaqədar yaradılmış işçi qrup tərəfindən dövlət peşə təhsili müəssisələrinin infrastrukturu, maddi-texniki bazası qiymətləndirilib.