Sabahdan prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılacaq

23 Mart 2018 14:36 (UTC+04:00)

Sabahdan Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılacaq.

Movqe.az-ın məlumatına görə, ümumilikdə 5 milyon 347 min 803 seçki bülleteni çap olunacaq.

Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlərin çapı səsvermə gününə ən azı 10 gün qalmış, yəni aprelin 1-dək başa çatdırılmalıdır.