Apreldə güclü maqnit qasırğası gözlənilir

23 Mart 2018 15:20 (UTC+04:00)

Astronomlar bu ilin aprel ayının ortalarında Yer planetində güclü geomaqnit həyəcanlaşmanın olacağını proqnozlaşdırır.

Movqe.az-ın məlumatına görə, aprelin 11-də və 13 və 19 aprel tarixləri arasında geomaqnit həyəcanlaşma, 12 apreldə isə güclü geomaqnit qasırğasının olacağı barədə alimlər proqnoz verib.

Alimlərin qənaətinə görə, geomaqnit qasırğası daha çox xroniki xəstəliklərdən əziyyət çəkən insanlara təsir edəcək.