Azərbaycan əhalisi 2 ayda 7 milyard manatdan çox pul qazanıb

23 Mart 2018 16:30 (UTC+04:00)

2018-ci ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 7 milyard 700,3 milyon manat olub.

Movqe.az-ın məlumatına görə, nominal gəlirlər əhalinin hər nəfərinə orta hesabla 786,4 manat təşkil edib.