"Azərişıq" ASC-yə məxsus yeraltı kabeli kəsib oğurlayan şəxs saxlanılıb

24 Mart 2018 13:29 (UTC+04:00)

“Azərişıq” ASC-yə məxsus yeraltı kabeli kəsərək oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, martın 23-də Binəqədi rayonunun Hökməli qəsəbəsi ərazisində, “Azərişıq” ASC-nin Xırdalan Enerji və Satış idarəsinə məxsus yeni çəkilmiş, lakin istifadəyə verilməmiş yeraltı kabelin 2000 metrlik hissəsi kəsilərək oğurlanıb.